Rauf Mərdiyev:'O gənclər Azərbaycanın sağlam gənclərindən nümunə götürməlidir'

Rauf Mərdiyev:
GƏNCLİK
18:48 23.08.2012
1595
 Müsahibimiz “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyevdir - Bəzi müxalifət mətbu orqanları “İrəli” İctimai Birliyinin müəyyən layihələri həyata keçirərkən maliyyə maxinasiyalarına yol verdiyini iddia edir. Bu şantaj, böhtan kampaniyasının arxasında müxalifət partiyalarının dağıdıcı liderlərinin dayandığını söyləmək olarmı? - İlk öncə qeyd edim ki, “İrəli” İctimai Birliyi qeyri-hökumət təşkilatı olaraq 2005-ci ildən fəaliyyət göstərir. Fəaliyyətə başladığımız dövrdən həyata keçirdiyimiz bütün layihələr, tədbirlər cəmiyyətdə gənclərə açıq olub. Biz daima öz nizamnaməmizdə göstərildiyi kimi vaxtı-vaxtında, lazımı qaydada üzvlərimizə, cəmiyyətimə fəaliyyət barədə detallı hesabat vermişik. Necə ki, bizim fəaliyyətimizdə gənclərin iştirakı açıqdır, eləcə də bizim fəaliyyətimiz necədirsə bu məsələdə cəmiyyətə açıqdır. İstənilən şəxs bu barədə məlumat əldə edə bilər. Amma son zamanlar “İrəli”-nin adına ləkə yaxmaq istəyən qüvvələr müəyyən maliyyə məsələlərini qaldırmaqla böhtan xarakterli yazılar dərc edib. Bizim layihələrimiz kimlər tərəfindən dəstəkləndiyi məlumdur. Biz bu məlumatları gizlətmirik. İstənilən məlumatları təqdim edirik və etməyə də hazırıq. Bəzi çirkin məqsədli qüvvələr “İrəli”-nin ətrafında birləşən sağlam gəncləri, həyata keçirdiyi kütləvi tədbirləri görür və bundan narahatçılıq keçirir. Bu səbəbdən müəyyən yollara əl atırlar. Onlar diqqəti maliyyə məsələlərinə yönəltməklə hər hansı xoşagəlməyən ifadələr, böhtan xarakterli yazılar dərc etməsinin arxasında dayanan səbəblər sadəcə onların şəxsi maraqları ilə müəyyən oluna bilər. Çünki onların fəaliyyəti anti-milli qüvvələrin maraqları ilə uyğun gəlir. Bu gün ölkədə istənilən bir qurumun, təşkilatın adına ləkə yaxmağa hazırdılar. Belə çirkin böhtanlar, şantajlar da sifarişdir. Amma həmişə uğursuzluğa düçar olurlar. “İrəli”-nin fəaliyyəti, həyata keçirdiyi tədbirlərin hamısı “İrəli”-nin rəsmi internet saytında öz əksini tapıb. Əgər hər hansı bir şəxsə qaranlıq məqamlar varsa bu məlumatlarla tanış ola  bilərlər.  - “İrəli” İctimai Birliyinin hədəfi Azərbaycan gəncliyinin birliyinə nail olmaqdı. Bu məqsədləri yerinə yetirmək nə dərəcədə mümkün olub? - Bu gün Müstəqil Azərbaycanın sağlam gəncliyi yetişir. Bu yetişən gənclik Prezidentimiz İlham Əliyevin bu sahəyə ardıcıl diqqət və qayğısına əsaslanır. Bizim məqsədimizdə buna yönəlik addımların dəstəklənməsi, gələcəkdə Azərbaycanın daha da uğurlarının çox olmasına hesablanıb. Bizim ətrafımızda minlərlə sağlam gənc var ki, onlar daim öz töhfələrini verməyə hazırdır. Bu gün əgər ölkə başçısı gənclərə etimad göstərirsə biz gənclərdə bu etimadı doğrultmaq üçün əlimizdən gələni etməliyik. Ümumiyyətlə, gənclər siyasətində ən önəmli olan etibar və etimaddır. Bu da sağlam ideya və ardınca getdiyin əqidənin prinsiplərinin sağlam olmasına əsaslanır. Çalışırıq ki, həyata keçirilən layihələr, tədbirlər hər hansı uğurlarla nəticələnsin. Biz buna nail oluruq. Çünki milli maraqlar çərçivəsində fəaliyyət göstəririk. Ümumiyyətlə, bizim ümumi maraqlarımıza uyğun olmayan addımların atılması heç də xoşagələn deyil. Bu məsələ sadəcə barmaqla sayıla bilən gənclərin məqsədləridir ki, onların da bu çirkin məqsədləri bu günki yetişən Azərbaycanın sağlam gəncliyinə xələl gətirə bilməz. Çünki bu gün ölkə Prezidenti İlham Əliyevin uzaqgörənliyi ilə ölkədə gənclər siyasəti inkişaf yolundadır. Azərbaycanda bütün sahələrdə gedən analoqu olmayan inkişaf gənclər siyasətinə də yansıyır.  -  Dağıdıcı müxalifətin ətrafında olan gənclərin məqsədi  sosial şəbəkələrdə qeyri-qanuni çağırışlar etmək, küçələrə çıxmaq, pozuculuq etməyə hesablanıb. Bu səhv yolun yolçusu olan gənclərin normal cəmiyyətə qayıdışı üçün sizin birlik hansı tədbirləri həyata keçirir?  - Çox təəssüflər olsun ki, bəzi gənclər kiminsə şəxsi maraqlarının qurbanı olub. Özlərini müxalifət adlandıran qurumların gənclər siyasəti, gənclərlə bağlı ideyaları onların şəxsi maraqları üzərində köklənib. Onların tutduğu bu yolda heç bir əqidədən, ideologiyadan söhbət gedə bilməz. Həmin o qeyd etdiyimiz qüvvələr ki, onlar gəncləri öz şəxsi maraqları üçün istifadə edir. Bir növ onların əlində vasitəyə, alətə çevrilib. Məlumdur ki, həmin gənclərdə müəyyən müddətdən sonra özlərinin alət kimi istifadə olunduqlarını anlayırlar. Bunları üç kateqoriyaya bölmək olar. Birincisi, bəzi gənclər var ki, onlar öz səhvlərini anlayırlar etiraf edirlər. İkinci qrup anlayır ki, istifadə olunublar amma bunu etiraf etmirlər. Üçüncü qrup gənclər var ki, hələ də onlar istifadə olunurlar. Amma müəyyən müddətdən sonra özünü müxalifət adlandıran gənclər dərc edəcəklər ki, onların tutduqları yol nicat yolu deyil. Bu gün sosial şəbəkələrdə çağırışlar edənlər elə də çox deyil. Bəlkədə minlərlə adamın olduğunu qeyd etsələrdə, bunlar tamamilə yalnışdır. Fakt göz önündədi. Reallıq göstərir ki, sosial şəbəkələrdəki profillərin çox saxtadır. Ona görə də mənasız çağırışların heç bir əhəmiyyəti yoxdur. O gənclər Azərbaycanın sağlam gənclərindən nümunə götürməlidir və öz uğurlu gələcəyi indidən müəyyən etməldirir. Çünki bu gün gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevrilir. Gənclərə bütün sahələrdə üstünlük verilir. Biz həmişə elan etmişik ki, İrəli Azərbaycanın sağlam gəncliyini istəyən istənilən qurum və təşkilatla əməkdaşlıq etməyə hazırdır. Bu səbəbdən də bizim həyata keçirdiyimiz layihələrə dəstək verən dövlət qurumları, biznes qurumları, media qurumları, beynəlxalq donor təşkilatları, xarici səfirliklər var.   Babək Hacıyev, SİA.AZ
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər