Rauf Mirqədirovun anası da İlham Əliyevə əfv müraciəti etdi

SOSİAL
18:04 09.03.2016
2000

Həbsdə olan jurnalist Rauf Mirqədirovun ailəsi tərəfindən prezidentə müraciət edilib.

Bu barədə jurnalistin anası Rəfiqə İsayeva məlumat verib.

R.İsayeva 2 gün bundan qabaq özü və ailəsi adından ölkə başçısı İlham Əliyevə teleqram vurub: “Prezidentimiz cənab İlham Əliyevə yazdım ki, məni qəbul etsinlər, dərdimi dinləsinlər. İlk başda prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan, ictimaiyyətdən xahiş edirəm ki, Novruz Bayramı ilə bağlı veriləcək əfv sərəncamına oğlum Raufun da adını salsınlar”.

Qeyd edək ki, R.Mirqədirov 2014-cü il aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist 6 il müddətinə azadlıqdan məhrum edilib. R.Mirqədirov həmin hökmdən apellyasiya şikayəti verib.

Ekspertlərin fikrincə isə, eyni cinayət işi ilə əlaqədar həbs edilən Leyla və Arif Yunusun azadlığa buraxılmasından sonra Rauf Miqədirovun da tezliklə bağışlanacağı gözlənilir. (lent.az)

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir