Rayon və şəhərlərin giriş-çıxışında karantin postları qurulur? - RƏSMİ AÇIQLAMA

Rayon və şəhərlərin giriş-çıxışında karantin postları qurulur? - RƏSMİ AÇIQLAMA
SOSİAL
11:36 06.04.2021
6029
Sosial şəbəkələrdə Azərbaycanın bəzi rayon və şəhərlərinin giriş-çıxışında karantin postlarının qurulması barədə məlumatlar yayılıb. İddia olunur ki, Ramazan ayı boyunca sərt karantin tətbiq olunacaq və postlar da bu məqsədlə qurulub.

AZXEBER.COM bildirir ki, E-huquq.az məsələyə aydınlıq gətirmək üçün DİN Mətbuat Xidmətinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxlayıb. E.Hacıyev e-huquq.az-a açıqlamasında yayılan məlumatların əsassız olduğunu deyib.

"Rayon və şəhərlərin giriş-çıxışında karantin postları qurulmayıb. Bununla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil", - deyə o bildirib.
OXŞAR XƏBƏRLƏR