Rayonlarda qar yağacaq

Rayonlarda qar yağacaq
SOSİAL
13:46 29.12.2016
843

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Bəzi yerlərdə duman, gecə və səhər çiskin olacaq. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-5° isti, gündüz 7-10° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi şimal rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

Yanvarın 01-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.


OXŞAR XƏBƏRLƏR