Razi Nurullayev Türkiyənin A9 kanalına ingilis dilində geniş müsahibə verib

SİYASƏT
16:23 19.06.2013
1636

AXCP sədrinin xarici məsələlər üzrə müavini, “Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri Razi Nurullayev Türkiyənin A9 kanalına ingilis dilində geniş müsahibə verib.

AZXEBER.COM xəbər verir ki, o, mərhum Prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə baş verən dəyişikliklər, Azərbaycan-Türkiyə münasibətləri, iki ölkə arasında olan viza problemi, Azərbaycanda baş verən demokratik proseslər, İslam dininin sülh dini kimi münaqişələrin həllində oynayacağı potensial rol, dünyada baş verən qlobal problemlər və qlobal problemlərin həllində siyasətçilərin atmalı olduğu addımlar və s. barədə sualları cavablandırıb.

Müsahibənin keçidi ilə burada tanış ola bilərsiniz:

https://en.a9.com.tr/watch/164301/Building-Bridges-Gateway/Building-Bridges-Gateway-program-with-our-guest-Razi-Nurullayev-Deputy-chairperson-for-Foreign-Affairs-of-the-Popular-Front-Party-of-Azerbaijan-%28Jun-13-2013%29

OXŞAR XƏBƏRLƏR