"REAL” partiyası növbəti mitinqdə iştirak etməyəcəyini açıqlayıb.
AZXEBER.COM-un verdiyi xəbərə görə, qurumun saytında yayımlanan bəyanatda qeyd olunub ki, 19 yanvar mitinqində sədr İlqar Məmmədovun çıxışı partiyanın siyasi məhbuslar mövzusuna münasibətini cəmiyyətə yetərincə çatdırıb: "Növbəti mitinqdə iştirak edərək mövqeyimizin təkrarlanmasına indiki mərhələdə ehtiyac görməsək də, sosial aktivliyin möhkəmləndirilməsi üçün çeşidli vasitələrdən istifadə edəcəyik”.