İspaniyanın "Real" klubu Fransa millisinin futboçusu Uilyam Saliba üçün İngiltərə təmsilçisi "Arsenal" rekord məbləğ təklif etməyə hazırlaşır.
"Kral klubu" 24 yaşlı müdafiəçiyə görə 100 milyon avro ödəməyə hazırdır.
"Topçular" oyunçunu saxlamaq istəsələr də, belə təklifi rədd etmək çətin olacaq. Keçid baş tutsa, bir müdafiəçi üçün ödənilmiş transfer rekordu qırılacaq. Daha əvvəl "Mançester Siti" Yoşko Qvardiola görə "Leyptsiq"ə 90 milyon avro ödəyib.
Qeyd edək ki, "Real" UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində məhz elə "Arsenal"a uduzub - 0:3, 1:2.
\report