İspna nəhəngi "Real Madrid " yarımmüdafiəçi Florian Virtzin transferi ilə bağlı "Bayer"lə razılığa gəlib.
Bu barədə "Marca" nəşri yazır.
Məlumata görə, 21 yaşlı oyunçu Madrid klubu ilə 2025-ci ildə müqavilə imzalayacaq.
Bildirilib ki, klublar bir neçə ay əvvəl danışıqlara başlayıb. Potensial transfer məbləği 150 milyon avrodur.
Qeyd edək ki, almaniyalı yarımmüdafiəçinin "Bayer"lə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. 2023/24 mövsümündə Virtz bütün yarışlarda 49 oyunda 18 qol vurub və 20 qolun ötürməsini verib.