'Real' dünyanın ən varlı klubu oldu

İDMAN
15:43 18.04.2013
1202

“Forbes” jurnalı dünyanın ən varlı klublarının siyahısını açıqlayıb. Son doqquz ildə bu siyahıya rəhbərlik edən “Mançester Yuneyted” yerinı Madrid “Real”ına verib.

İspan klubu 2004-cü ildən sonra ilk dəfə olaraq, bu siyahıda birincliyi ələ alıb. Siyahı hazırlanarkən klubun gəlirləri və bazardakı potensialı nəzərə alınıb.

“Real”ın gəlirinin 3,3 milyard dollar təşkil etdiyi bildirilir. İkinci yeri “Mançester Yunayted” (3,17 milyard), üşüncü yeri isə “Barselona” (2,6 milyard) tutur.

Siyahıda ilk onluq belədir:1. "Real" (İspaniya) - 3,3 milyard2. "Mançester Yunayted" (İngilgərə) - 3,17.3. "Barselona" (İspaniya) - 2,6.4. "Arsenal" (İngiltərə) - 1,32.5. "Bavariya" (Almaniya) - 1,3.6. "Milan" (İtaliya) - 945 milyon.7. "Çelsi" (İngiltərə) - 901.8. "Yuventus" (İtaliya) - 694.9. "Mançester Siti" (İngiltərə) - 689.10. "Liverpul" (İngiltərə) - 651.

OXŞAR XƏBƏRLƏR