"Real" gəlirini açıqladı - 750,9 milyon avro

"Real" gəlirini açıqladı - 750,9 milyon avro
İDMAN
18:59 07.09.2018
4266
Son 3 mövsüm Çempionlar Liqasının qalibi olan Madrid "Real"ı ötən mövsüm əldə etdiyi gəliri açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, "kral klubu"ndan verilən rəsmi açıqlamaya görə, 2017/18 mövsümündə klub 750,9 milyon avro gəlir əldə edib.

Bura futbolçu satışından əldə edilən məbləğlər daxil edilməyib. Bununla da, Madrid təmsilçisi 2016/17 mövsümü ilə müqayisədə 11,3 faiz artım edib. Paytaxt təmsilçisi həmin mövsüm 674,6 milyon avro gəlir qazanmışdı.
OXŞAR XƏBƏRLƏR