İspaniyanın "Real" klubu qapıçısı Andrey Lunini satmayacaq.
Bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti bildirib.
O, 25 yaşlı ukraynalı qapıçının Madrid təmsilçisini tərk etməyəcəyini söyləyib. "Real"ın əsas qapıçısı Tibo Kurtua zədəsini sağaldıb komandaya qayıtdıqdan sonra ukraynalı qolkiper daha çox ehtiyat oyunçular skamyasında yer alır.
Qeyd edək ki, A.Luninin "Real"la müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.
///Report