"Real" klubunun yarımmüdafiəçisi Mario Martin icarə əsasında İspaniyanın digər təmsilçisi "Valyadolid"ə keçib.
20 yaşlı futbolçunun icarə müqaviləsinin müddəti 2025-ci ilin iyununa kimi nəzərdə tutulub.
Mario Martin Madrid təmsilçisinin akademiyasının yetirməsidir.
Qeyd edək ki, "Valyadolid” La Liqanın yeni mövsümünün ilk turunda "Espanyol”u məğlub edib və hazırda 3 xalla turnir cədvəlində dördüncüdür.