İspaniyanın "Real" klubu futbolçusu Cud Bellinqemin qardaşı Cob Bellinqemlə maraqlanır.
Bu barədə "Marca" nəşri məlumat yayıb.
19 yaşlı yarımmüdafiəçi Madrid təmsilçisi daxil olmaqla, bir neçə aparıcı klubların diqqətini çəkib. İngiltərədə "Sanderlend"də çıxış edən oyunçu 2024/2025 mövsümündə Çempionşipdə ən yaxşı gənc futbolçu seçilib.
Qeyd edək ki, Cob Bellinqem cari mövsüm "Sanderlend"də 39 oyuna çıxıb, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.