"Real Madrid" Çobanı aldı

İDMAN
10:33 08.06.2011
1949
Çoban 2005-2006-cı il mövsümündə Türkiyənin “Qalatasaray” komandasının aşağı yaş qrupunda forma geyib. O, qatıldığı turnirlərin birində İtaliya “İnter”inin diqqətini cəlb edib. “İnter”də 6 il oynayan futbolçu, nəhayət, “kral klubu”na transfer olub. Yaşı az olduğundan, Çoban hələlik “Real Madrid”in gənclərdən ibarət komandasında oynayacaq. Bir ildən sonra isə onu Məsut Özil, Kriştianu Ronaldu, Kərim Benzema kimi ulduzlar arasında görmək mümkün olacaq.

Mete Sərdar Çoban 1994-cü ildə Şimali Kipr Türk Cümhuriyyətində anadan olub. “İnter”də çıxış etdiyi vaxt Çovan Joze Mourinyonun diqqətini çəkib. Mourinyo “Real Madrid”in sükanı arxasına keçdikdən sonra da onu unutmayıb. Portuqaliyalı mütəxəssisin təklifini gənc futbolçu məmnuniyyətlə qəbul edib. Çoban yeni klubuna iyunun 12-də qoşulacaq.

OXŞAR XƏBƏRLƏR