"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
DÜNYA
21:42 22.10.2026
144
Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb.

Bu barədə tanınmış insayder Fabritsio Romano "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

Gənc futbolçu ilə imzalanan yeni müqavilə 5 il müddətinə nəzərdə tutulub. Tərəflər arasında prinsipial razılıq hələ sentyabr ayında əldə olunub və hazırda bütün rəsmi sənədlər imzalanaraq rəsmiləşdirilib.

Qeyd edək ki, Arda Güler 2023-cü ildən "Real Madrid"in şərəfini qoruyur. Yarımmüdafiəçi cari mövsümdə "kral klubu"nun heyətində bütün turnirlərdə 11 matçda iştirak edib, 3 qol vurub və 5 məhsuldar ötürmə verib.
 
///oxu.az///
OXŞAR XƏBƏRLƏR