"Real Madrid"in braziliyalı ulduzu Vinisius Junior Kolumbiya ilə matçın 27-ci dəqiqəsində aldığı zədə səbəbindən oyunu tərk etməli olub.
Ulduz futbolçu matçdan sonra zədəsi ilə bağlı açıqlama verib:
"Düşünürəm ki, keçən dəfəki zədədir. Zərbə aldım və özümü pis hiss etdim".
Xatırladaq ki, Vinisius Junior avqust ayında bud əzələsindən zədələnib və 1 ay yaşıl meydanlardan uzaq qalmışdı.