'Real Madrid' bu futbolçuya görə 100 milyon avro ödəyəcək

İDMAN
14:04 05.06.2013
2039

Madrid “Real”ı “Tottenhem”in yarımmüdafiəçisi Qaret Beylin transferi üçün danışıqları davam etdirir.

AZXEBER.COM-un məlumatına görə, “kral klubu”nun prezidenti uelsli superulduzu komandasında görmək üçün hər şeyi edəcəyini bildirib.

Bu transfer üçün ispanların 80 milyon avrodan 100 milyon avroyadək məbləğ ödəyə biləcəyi qeyd olunur. Beylin futbol tarixinin ən bahalı futbolçusuna çevrilmək şansı da var. Bunun üçün o, 93.9 milyon avro müqabilində “Real”a transfer olunan Kriştiano Ronaldonu geridə qoymalıdır.

OXŞAR XƏBƏRLƏR