"Real” Madrid "Monako”nun yarımmüdafiəçisi Orelyen Tçuameni ilə müqavilə imzaladığına dair bəyanat verib.
"Kral klubu” 22 yaşlı fransızla 20 iyun 2028-ci ilə qədər, 6 illik müqavilə imzalayıb. Transfer məbləğinin isə 80 milyon, əlavə olaraq bonus qismində isə 20 milyon avro olduğu bildirilir.
Futbolçunun rəsmi təqdimatı iyunun 14-də baş tutacaq.
Tçuameni 2020-ci ilin yanvarından "Monako”da çıxış edir. 2021/22 mövsümündə yarımmüdafiəçi "Monako”nun heyətində 50 matçda beş qol vurub və üç məhsuldar ötürmə edib.