Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. "Report"un məlumatına görə, ilk 1/4 finalçılar İspaniya və Almaniyadakı matçlarda müəyyənləşib.
"Real Madrid” klubu İtaliya "Roma”sı ilə təkrar görüşdə də eyni hesablı qələbə qazanıb. Komandanın bombardiri Kriştianu Ronaldo Romadakı oyunda olduğu kimi hesabı açıb.
Pley-off mərhələsinin debütantları "Volfsburq”la "Gent”in duelində gözlənildiyi kimi, birincilər güclü olub. Almanlar Belçika çempionunu evdə də 1 top fərqi ilə yenib. Bununla da "Volfsburq” tarixində ilk dəfə Avropanın ən nüfuzlu klub turnirinin 1/4 finalında oynayacaq. "Real Madrid”in isə bu mərhələnin iştirakçısı olmasına artıq adət etmişik.
Çempionlar Liqası, 1/8 final, cavab görüşləri
8 mart
23:45. "Real Madrid" (İspaniya) - "Roma" (İtaliya) - 2:0
Qollar: Kriştianu Ronaldu, 64. Xames Rodriges, 68
Baş hakim: Şimon Martsinyak (Polşa)
Madrid. "Santyaqo Bernabeu"
İlk oyun: 2:0
23:45. "Volfsburq" (Almaniya) - "Gent" (Belçika) - 1:0
Qol: Andre Şürrle, 74
Baş hakim: Damir Skomina (Sloveniya)
Volfsburq. "Volksvagen Arena"
İlk oyun: 3:2