“Real Madrid” - “Liverpul” matçını Bakı Olimpiya Stadionunda izləmək mümkün olacaq

“Real Madrid” - “Liverpul” matçını Bakı Olimpiya Stadionunda izləmək mümkün olacaq
İDMAN
14:01 14.05.2018
4848

Mayın 26-da İspaniyanın "Real Madrid” və İngiltərənin "Liverpul” komanaları arasında keçiriləcək Çempionlar Liqasının final matçını televiziya vasitəsilə Bakı Olimpiya Stadionunda izləmək mümkün olacaq.

AZXEBER.COM  xəbər verir ki, bunun üçün arenanın kənarında böyük monitor quraşdırılacaq. Qiyməti 5 – 10 manat təşil edəcək biletləri oyun günü stadionda satışda olacaq. Giriş saat 20:30-a təyin edilib.

Qeyd edək ki, Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

OXŞAR XƏBƏRLƏR