“Real Madrid” məğlub olub

“Real Madrid” məğlub olub
DÜNYA
23:39 01.03.2025
654
İspaniya La Liqasında XXVI turun oyunları keçirilir.

AZXEBER.COM Apasport.az-a istinadən xəbər verir ki, bu gün 4 matç baş tutub.

"Real" səfərdə "Betis"in qonağı olub. "Kral klubu" hesabı açsa da, nəticədə məğlub olub.

İlk hissədə Brahim Diaz komandasını hesabda önə çıxarıb. Lakin Conni Kardozo və İskonun qolları meydan sahiblərinə qələbə qazandırıb - 2:1.

Qeyd edək ki, "Real" turnir cədvəlində 54 xalla liderliyi "Barselona" ilə bölüşür.

İspaniya La Liqası
XXVI tur
"Betis" - "Real" 2:1
"Real Valyadolid" - "Las Palmas" 1:1
"Jirona" - "Selta Viqo" 2:2
"Rayo Valyekano" - "Sevilya" 1:1
OXŞAR XƏBƏRLƏR