"Manchester United" ilə "Barcelona" İsveçdə hazırlıq mübarizəsində qarşı-qarşıya gəliblər. Oyunun normal müddəti qolsuz bərabərliklə tamamlanıb. Penalti atışlarının qalibi kataloniyalılar olublar - 2:0. ABŞ-da "Real" (Madrid) və "Milan" (İtaliya) klubları yoldaşlıq oyunu keçirib. İspaniya çempionları italyanların qapısından 5 top keçiriblər. "Milan"ın gücü cəmi 1 qola çatıb. Beləliklə, matç 5:1 hesabıyla yekunlaşıb. “Real”dan qolları A.D.Maria , Ronaldo-2, S.Ramos və J.M.Kallexon vurub. Milanın yeganə qoluna isə Robinyo imza atıb