Madridin "Real” klubunun futbolçuları baş məşqçi Joze Mourinyonun iş metodlarından narazıdırlar.
Oyunçular portuqaliyalı mütəxəssisin oyunlara taktiki hazırlıq zamanı sistemli oyun modelindən daha çox futbolçuların fərdi ustalığına güvənməsini bəyənmirlər. Nəticədə "Real”ın paltardəyişmə otağında bir neçə qrup yaranıb və bu qruplar Mourinyonun fəaliyyətini fərqli qiymətləndirirlər.
Joze Mourinyo "Real”ın baş məşqçisi vəzifəsində Xabi Alonsonu əvəz edib. Alonso 2026-cı ilin yanvarında klubdan ayrıldıqdan sonra komandaya Alvaro Arbeloa rəhbərlik edib. Arbeloanın rəhbərliyi altında komanda 28 oyun keçirib, 18 qələbə qazanıb və 2025/26 mövsümünü heç bir titul əldə etmədən başa vurub. "Real” İspaniya çempionluğunu "Barselona”ya uduzub.
Mourinyo bundan əvvəl 2010–2013-cü illərdə də "Real”da çalışıb. Həmin dövrdə o, komandaya İspaniya çempionatında, ölkə kubokunda və İspaniya Superkubokunda qələbə qazandırıb.
///modern.az///











































