'Real Madrid' Ronaldonu razı saldı

İDMAN
16:52 05.08.2013
1394

Madridin “Real” klubu komandanın lideri Kriştiano Ronaldo ilə müqavilə müddətini uzatmağa nail olub.

AZXEBER.COM-un məlumatına görə, portuqaliyalı ulduz 2018-ci ilədək “kral klubu”nun şərəfini qoruyacaq.

Yeni müqaviləyə görə, Ronaldo ildə 17 milyon avro məvacib alacaq.

Qeyd edək ki, 2009-cu ildən “Real”da çıxış edən 28 yaşlı Ronaldo komandanın heyətində 199 oyun keçirib və 201 qol vurub.

OXŞAR XƏBƏRLƏR