“Real Madrid” UEFA-ya qarşı milyardlıq iddia qaldırır

“Real Madrid” UEFA-ya qarşı milyardlıq iddia qaldırır
İDMAN
16:11 30.10.2025
202
"Real Madrid” və Super Liqa layihəsinin təşəbbüskarı olan A22 Sports şirkəti UEFA-dan 4 milyard avro məbləğində təzminat tələb etməyə hazırlaşır.

AZXEBER.COM xəbər verir ki, Mundo Deportivo nəşrinin məlumatına görə, bu qərar Madrid Əyalət Məhkəməsinin UEFA və FIFA-nın Avropa İttifaqının azad rəqabət prinsiplərini pozduğunu bildirən hökmündən sonra qəbul edilib.

"Kral klubu” və A22 Sports bu məbləği UEFA-nın illərdir tətbiq etdiyi məhdudlaşdırıcı qərarlara görə itirdikləri gəlirlərin kompensasiyası kimi tələb etməyi planlaşdırır.

Məhkəmə prosesi davam edir və qərarın icrası ilə bağlı növbəti mərhələlərin qarşıdakı aylarda müəyyənləşəcəyi gözlənilir.
 
Zəfər Hacılı
OXŞAR XƏBƏRLƏR