"Real Madrid" ulduz futbolçunun agenti ilə danışıqlar aparır

"Real Madrid" ulduz futbolçunun agenti ilə danışıqlar aparır
İDMAN
12:08 24.03.2019
9676
"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba yayda "Real"a keçəcək.

AZXEBER.COM goal.az-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın "Marca" qəzeti məlumat yayıb. Dünyaca məşhur nəşrin iddiasına görə, fransalı futbolçunun meneceri Mino Rayola bir müddətdir onun "kral klubu"na keçidi üzərində işləyir. Elə 26 yaşlı oyunçu da hazırda özü üçün ən ideal klubun "Real" olduğunu düşünür.

Amma "Mançester Yunayted"in 2016-cı ildə "Yuventus"dan 114 milyon avroya aldığı futbolçunu buraxmaq niyyətində olmadığı bildirilir. Digər tərəfdən "Real"ın bu transferdə elə də maraqlı olmadığı deyilsə də, Zinəddin Zidanın həmyerlisini sərəncamında görməkdə maraqlıdır
OXŞAR XƏBƏRLƏR