"Real Madrid" Xorvatiya millisinin müdafiəçisini transfer etmək istəyir

İDMAN
18:09 25.12.2022
256
İspaniyanın "Real Madrid" klubu Almaniya "Leyptsiq"ində çıxış edən Xorvatiya millisinin futbolçusu Yoşko Qvardiolu heyətinə cəlb etmək istəyir.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi ilə İngiltərə təmsilçiləri "Çelsi", "Mançester Siti" və "Mançester Yunayted" də maraqlanır.

Britaniyalılar oyunçuya yaxşı maliyyə şərtləri təklif etsələr belə, Madrid klubu bu mübarizədə əsas favorit hesab olunur.

Qeyd edək ki, Yoşko Qvardiol Xorvatiya yığması ilə Qətərdə keçirilmiş dünya çempionatında bürünc medal qazanıb.
OXŞAR XƏBƏRLƏR