"Real Madrid"in baş məşqçisi Karlo Ançelottini istefaya göndərilə biləcəyi iddia edilib.
AZXEBER.COM İspaniya mətbuatına istinadən xəbər verir ki, "Real Madrid”in prezidenti Florentino Peres yeni mövsümə yeni məşqçi ilə başlamağı planlaşdırır və əsas hədəf "Bayer Leverkuzen”in məşqçisi Xabi Alonsodur.
Qeyd edək ki, "Real Madrid" daha əvvəl Ançelottinin müqaviləsini 2026-cı il mövsümünün sonuna qədər uzatmışdı.
Lakin "El-Klassiko"dakı ağır məğlubiyyətdən və son heyət seçimlərindən sonra Peresin ispan məşqçi ilə yollarını ayırmaq istədiyi iddia edilib.
Gülay