“Real Madrid”dən nümunəvi addım

İDMAN
13:49 16.10.2024
350
İsveçdə adı "zorlama" ittihamında hallanan "Real Madrid"in ulduz futbolçusu Kilian Mbappe ittihamları qəbul etməsə də, kral klubu məsələyə yanaşması ilə diqqət çəkib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər veirir ki, Mbappenin tətilə getməzdən əvvəl "Real Madrid"də fotosessiyaya qatıldığı və bu fotoların paylaşılmasının planlaşdırıldığı məlum olub.
 
Lakin klub Mbappenin yer aldığı fotoları dərc etməmək qərarına gəlib. Klubun ulduz adlarından biri olan Cud Belinqam sosial media hesabında Mbappenin də olduğu fotosunu paylaşıb.

Digər tərəfdən, Türkiyədə baş verən analoji hadisədə təcavüzdə şübhəli bilinən Atakan Karazorun milli komandaya dəvət edilməsi və onun ad günü şənliyini paylaşması müzakirələrə səbəb olub.
 
"Real Madrid”in istintaq prosesində həssas yanaşması və münasibəti digər klublara nümunə olub.
 
Gülay

OXŞAR XƏBƏRLƏR