Fransız futbolçu məşq zamanı zədələndi
AZXEBER.COM İspan mətbuatına istinadən xəbər verir ki, İspaniya nəhəngi "Real Madrid"in zədə kabusu davam edir. Sonuncu dəfə Bellingham və Arda Gülərin zədələri ilə sarsılan İspaniya nəhəngində daha bir futbolçu zədə alıb.
Karlo Ançelottinin baş məşqçisi olduğu "Real Madridin ən önəmli oyunçularından olan fransız futbolçu Eduardo Camavinqa da zədələnib.
Yarımmüdafiəçi Ousmane Dembele ilə toqquşan futbolçu dizindən zədə alıb.
Məşq zamanı lentə alınan kadrlarda Camavinqanın ağrıdan yerdə qaldığı görünür.
Fransa Milli Komandasının texniki və tibbi heyəti Eduardo Camavinga'nın MRT etmək üçün İspaniyaya dönməsinə qərar verdi.
Günel