"Real Madrid"in baş məşqçisi vəzifəsinə namizədlər bəlli olub

İDMAN
19:35 26.12.2022
322
İspaniya "Real Madrid"inin baş məşqçisi vəzifəsinə namizədlər bəlli olub.

AZXEBER.COM İspan mətbuatına istinadən xəbər verir ki, "kral klubu" hazırda 5 mütəxəssisi nəzərdən keçirir.

La Liqa təmsilçisi Karlo Ançelottinin mümkün istefasından sonra komandanın sükanı arxasına Raul Qonsale, Alvaro Arbeloa, Xabi Alonso, Tomas Tuxel və ya Yulian Nagelsmandan birini gətirməyi planlaşdırır.

Qeyd edək ki, Ançelottinin "Real Madrid"lə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
OXŞAR XƏBƏRLƏR