"Real Madrid"in futbolçusu mövsümü başa vurdu

"Real Madrid"in futbolçusu mövsümü başa vurdu
İDMAN
18:36 28.03.2022
366
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Eden Azar mövsümü erkən başa vurub.

31 yaşlı yarımmüdafiəçinin sağ ayaq sümüyündə problem aşkarlanıb.

Belçikalı oyunçu əməliyyat olunacaq və təxminən 5 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə Azarın cari mövsümdə meydana, faktiki olaraq, bir daha çıxmayacağı anlamına gəlir.

Qeyd edək ki, Eden Azar cari mövsüm paytaxt təmsilçisinin heyətində 22 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
OXŞAR XƏBƏRLƏR