"Real Madrid"in futbolçusu seçkilərə görə Londona aparılmayacaq

"Real Madrid"in futbolçusu seçkilərə görə Londona aparılmayacaq
İDMAN
18:50 28.04.2021
431
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Marselo İngiltərədə "Çelsi"yə qarşı UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununu buraxacaq.

Buna səbəb braziliyalı müdafiəçinin mayın 4-də "kral klubu"nda keçiriləcək prezident seçkisində nəzarətçi təyin olunmasıdır.

Düzdür, cavab matçı seçkidən bir gün sonra oynanılacaq. Amma pandemiya ilə bağlı səyahət məhdudiyyətlərinə görə Marselonun ölkəni tərk etməsi mümkün olmayacaq.

Qeyd edək ki, "Çelsi" - "Real Madrid" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 
///Report
OXŞAR XƏBƏRLƏR