"Real Madrid"in iki yarımmüdafiəçisi "Liverpul"la oyunu buraxacaq

İDMAN
19:55 20.02.2023
249
İspaniyanın "Real Madrid" klubunun iki əsas futbolçusu İngiltərədə "Liverpul"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununu buraxacaq.

AZXEBER.COM Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Aurelien Çuameni və Toni Kroos matçda iştirak etməyəcək.

Yarımmüdafiəçilər bir gün əvvəl xəstəlik səbəbindən məşq etməyiblər. Ölkə çempionunda müdafiəçi Ferlan Mendi isə zədəli olduğu üçün meydana çıxmayacaq.

Qeyd edək ki, fevralın 21-də oynanılacaq "Liverpul" - "Real Madrid" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
OXŞAR XƏBƏRLƏR