"Real Madrid"in prezidenti Zidanı qovmaq istəmir

"Real Madrid"in prezidenti Zidanı qovmaq istəmir
İDMAN
17:50 18.05.2021
486
İspaniyanın "Real Madrid" klubunun prezidenti Florentino Peres baş məşqçi Zinəddin Zidanı istefaya göndərmək niyyətində deyil.

Yalnız 49 yaşlı mütəxəssisin özü ayrılmaq barədə qərar qəbul edə bilər.

Madrid təmsilçisi Zidan postundan ayrılacağı təqdirdə digər baş məşqçilərə yönələcək. Əsas namizəd İtaliya "Yuventus"unda işləmiş Massimiliano Alleqri hesab edilir.

Qeyd edək ki, "Real Madrid" La Liqada sona bir tur qalmış 81 xalla ikinci pillədə qərarlaşıb. "Atletiko" (Madrid) 83 xalla liderdir.
 
///Report
OXŞAR XƏBƏRLƏR