"Real Madrid"in ulduz hücumçusu Vinisius Junior Portuqaliyanın ikinci liqasında çıxış edən "Alverca" klubunu alıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Portuqaliyanın idman qəzeti "Alverca" İdman şirkətinin ən böyük səhmdarı Ricaro Vicintinin klubdakı 70-80% arasında olan payını futbolçu Vinisius da daxil olmaqla bir qrup ispan və braziliyalı investora satdığını açıqlayıb.
"Alverca" Portuqaliya ikinci divizionunda ikinci yerdə qərarlaşıb.
Portuqaliya Birinci Liqasına yüksəlmək imkanı olan və tarixində 5 mövsüm Portuqaliya Birinci Liqasında çıxış edən "Alverca" Braziliya futbolu ilə bağlı daha çox tanınır.
Hazırda "Alverca"da 15 Braziliya futbolçu çıxış edir.
Gülay