İspaniyanın “Real Madrid” klubunun və Fransa milli komandasının ulduz futbolçusu Kərim Benzema Türkiyənin Qalatasaray klubuna transfer ediləcək.ANS PRESS-in Türkiyə mətbuatına istindən verdiyi məlumata görə, bu barədə xəbərlər İsbaniya kütləvi informasiya vasitələrində yer alıb. Dərc olunan məlumatlarda “Real Madrid” klubunun ulduz futbolçusu Benzemanın hər gün addım-addım Qalatasaraya yaxınlaşdığı iddia edilib.