Çempionlar Liqasında İspaniyanın “Real” klubu səfərdə “Mançester Yunayted”ə 2:1 hesabı ilə qalib gəlib.AZXEBER.COM-un məlumatına görə, ilk oyun 1:1 hesablı heç-heçə ilə başa çatdığından, “Real” bu qələbə ilə növbəti mərhələyə çıxıb.“Real”ın qollarını 66-cı dəqiqədə Modriç, 69-cu dəqiqədə isə Ronaldo vurub. Meydan sahiblərinin yeganə qolunun müəllifi də “Real”ın futbolçusu olub. 48-ci dəqiqədə Ramos öz qapısına qol vurub.Qarşılaşmanın 57-ci dəqiqəsində türk hakim Cüneyt Çakır “Mançester Yunayted”in futbolçusu Naniyə Arbeloaya təpik vurduğuna görə birbaşa qırmızı vərəqə göstərib.