REAL Partiyasının sədri PA-nın şöbə müdiri ilə görüşüb

REAL Partiyasının sədri PA-nın şöbə müdiri ilə görüşüb
SİYASƏT
11:38 05.09.2020
1026
Dünən Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədovun Prezident Administrasiyasının (PA) Siyasi partiyalarla və qanunvercilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə növbəti görüşü keçirilib.

AZXEBER.COM-un REAL partiyasının facebook səhifəsinə istinadən məlumata görə, görüşdə Ə. Vəliyev partiyanın qeydiyyatı münasibəti ilə Prezident İlham Əliyevin təbrikini İlqar Məmmədova çatdırıb.

Təbrikə görə təşəkkürünü bildirən REAL sədri siyasi partiyaların qeydiyyatındakı son aylarda baş verən əhəmiyyətli dəyişikliyin müsbət yenilik olduğunu vurğulayıb: "İlqar Məmmədov tək ölkə vətəndaşları deyil, həm də ABŞ, Fransa, Böyük Britaniya və Avropa İttifaqı tərəfindən rəsmi bəyanatlarda partiyamızın qeydiyyatına yüksək qiymət verildiyini, bunu ölkəmizin beynəlxalq nüfuzuna ciddi fayda gətirən amil olduğunu bildirib.

İlqar Məmmədov Prezidentin köməkçisi Hikmət Hacıyevin bu yaxınlarda vətəndaş cəmiyyəti təşkilatları ilə başladığı görüşlərin həm də REAL Partiyası ilə hakimiyyət arasında davam edən dialoqun əks-sədası olduğu fikrini eşitməyindən məmnunluğunu ifadə edib".

REAL sədri dünən Avropa Şurasında 4 ilə yaxındır Azərbaycana qarşı davam edən pozuntu prosedurunun nəhayət rəsmən aradan qaldırılmasını da hakimiyyətin REAL ilə aparılan dialoqun müsbət nəticələrindən biri olduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə, yaratdığımız hüquqi örnək Azərbaycanın Avropa İnsan Haqları Konvensiyası sistemində yerini qorudu. Bunun önəmi Avropa Şurası Baş katibinin dünənki bəyanatında bir daha vurğulanıb.

Ədalət Vəliyev bildirib ki, siyasi partiyalarla əlaqələr sahəsində Prezident Administrasiyasının hazırladığı yeni təşəbbüslərin yaxın aylarda ölkədə siyasi münasibətlərin yeni mərhələyə keçməsində rolu olacaq.

Söhbət zamanı ölkənin siyasi gündəminə aid problemli məsələlər, o cümldən Vəfa Nağı və Tofiq Yaqublu ilə bağlı qərarların nümunəsində məhkəmələrin insan haqlarını qorumasında yeri haqqında ətraflı fikir mübadiləsi aparılıb”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
15:38 30.06.2025
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
15:29 30.06.2025
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
15:25 30.06.2025
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
15:17 30.06.2025
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
15:14 30.06.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
15:05 30.06.2025
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
14:48 30.06.2025
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA
14:32 30.06.2025
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA
Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
14:29 30.06.2025
Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 399 nəfərə çatıb
14:26 30.06.2025
Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 399 nəfərə çatıb
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
14:25 30.06.2025
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi bu saatda Bakıya gətirilicək
14:24 30.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi bu saatda Bakıya gətirilicək
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
14:09 30.06.2025
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
İranda zəlzələ olub
13:50 30.06.2025
İranda zəlzələ olub
Çin Azərbaycan vasitəsilə Avropaya yeni yük marşrutu istifadəyə verib
13:45 30.06.2025
Çin Azərbaycan vasitəsilə Avropaya yeni yük marşrutu istifadəyə verib
Azərbaycana soyuq hava gəlir: intensiv yağışlar yağacaq – RƏSMİ
13:33 30.06.2025
Azərbaycana soyuq hava gəlir: intensiv yağışlar yağacaq – RƏSMİ