İspaniyanın "Real" klubu İtaliya təmsilçisi "Latsio"da çıxış edən Mario Hilanı yenidən heyətinə qatmaq istəyir.
Bu barədə "Lalaziosiamonoi" portalı məlumat yayıb.
"Kral klubu"nun rəhbərliyi 24 yaşlı ispan müdafiəçinin A Seriyasındakı çıxışına heyran qalıb. İtaliyanın "Milan" klubu da oyunçu ilə maraqlanır.
Qeyd edək ki, Mario Hila cari mövsüm Roma təmsilçisinin heyətində 19 oyun keçirib və 1 qol vurub. 2019-2022-ci illər aralığında "Real"ın əvəzedici kollektivində çıxış edən futbolçu 2022-ci ildə əsas komandanın heyətində 2 matça çıxıb.