ReAL seçki ilə bağlı toplandı, qərar verə bilmədi

ReAL seçki ilə bağlı toplandı, qərar verə bilmədi
SOSİAL
23:04 09.12.2023
279

ReAL-ın Siyasi Komitəsi bu gün toplantı keçirərək, 7 fevrala təyin edilən növbədənkənar prezident seçkisinə öz namizədi ilə iştirak edib-etməmək barədə müzakirə aparıb.

AZXEBER.COM "axar.az”a istinadən xəbər verir ki, bu barədə partiyanın sədri İlqar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Siyasi Komitənin 8 üzvündən 3-ü partiyanın gücünü parçalamamaq üçün noyabrda keçirilməsi gözlənilən parlament seçkilərində iştiraka fokuslanmağı, digər 3-ü isə partiya sədrinin prezidentliyə namizəd olmasını dəstəkləyib. SK-nın iki üzvü bitərəf qalıb.

Buna görə də 16 dekabrda yenidən toplanmaq və qərar qəbul etmək razılaşdırılıb.

OXŞAR XƏBƏRLƏR