'Real' və 'Barselona' Madriddə sülhlə ayrıldılar - VİDEO + FOTOLAR
İDMAN
08:40 31.01.2013
1144
İspaniya Kubokunun ilk yarımfinal qarşılaşması başa çatıb. “Real” və “Barselona” Madriddə 1:1 hesablı heç-heçə oynayıblar. Qarşılaşmada ilk qolu “Barselona”nın oyunçusu Sesk Fabreqas 53-cü dəqiqədə vurub. Oyunun sonlarına yaxın meydan sahibləri məğlubiyyətdən xilas ola biliblər - 82-ci dəqiqədə Rafael Varan hesabı bərabərəşdirib.Cavab oyunu fevralın 27-də Barselonada keçiriləcək. Bu cütlüyün qalibi finalda “Atletiko”-“Sevilya” cütlüyünün qalibi ilə qarşılaşacaq.