Dünən Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
AZXEBER.COM-un məlumatına görə, Madridin “Real” klubu doğma meydanda “APOEL”i (Kipr) qəbul edib. İlk oyunda səfərdə rəqibinə 3:0 hesabı ilə qalib gələn "Real", cavab oyununda da “APOEL”-ə heç bir şans verməyib. Görüş “Real”ın 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Günün digər oyununda isə "Çelsi" klubu doğma meydanda Portuqaliya "Benfika"sını qəbul edib. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən londonlular, eyni uğuru doğma meydanda təkrarlamağa nail olublar. Rəqibinə 2:1 hesabı ilə qalib gələn "Çelsi" "Real"ın ardından adını yarımfinala yazdırıb.
Qeyd edək ki, yarımfinalda "Çelsi" "Barselona"ya, "Real" isə "Bavariya"ya rəqib olacaq.
Ozal İbrahimli