“Real” və “Yuventus ” yarımfinalda

İDMAN
10:02 23.04.2015
1485
Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına yekun vurulub. AZXEBER.COM-un məlumatına görə, daha iki yarımfinalçının adı bəlli olub.Öz meydanında “Monako”ya 1:0 hesabı ilə qalib gələn “Yuventus” bu dəfə rəqibi ilə Fransada görüşüb. İlk oyunda minimal hesablı qələbə qeydə alındığından bugünkü qarşılaşmada komandaların şanslarını bərabər qiymətləndirmək olardı. Lakin lazım olan qolu vura bilməyən "Monako" turnirdə mübarizəni dayandırıb.Digər cütün taleyinə Madrid derbisində aydınlıq gəlib. Burada “Real” “Atletiko”nu qəbul edib. Komandaların ilk görüşündə qapılara qol vurulmayıb. Ötən mövsümün finalında son dəqiqələrdə buraxdığı qollla çempionluğunu əldən verən "Atletiko" bu dəfə də rəqibi ilə bacarmayıb. Oyuna ciddi itkilərlə çıxan "kral klubu" rəqibini 1:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.Çempionlar Liqası2014/15 mövsümü1/4 final (cavab oyunları)22 aprel23.45 Real (İspaniya) - Atletiko (İspaniya) 1:0Qol: Xavyer Hernandes, 88."Santiaqo Bernabeu" stadionu.23.45 Monako (Fransa) - Yuventus (İtaliya) 0:0
OXŞAR XƏBƏRLƏR