"Real" - "Yuventus" matçının hakimi və arvadı təhdid edilir

"Real" - "Yuventus" matçının hakimi və arvadı təhdid edilir
İDMAN
10:50 15.04.2018
6020
Çempionlar Liqasının 1/4 final mərhələsində keçirilən "Real" (İspaniya) - "Yuventus" (İtaliya) matçımın hakimi Maykl Olivervə həyat yoldaşı təhdid edilir.

İngilis referinin əvvəlcə həyat yoldaşı "Twitter"də təhdid olunub. Naməlum şəxslər onun səhifəsinə təhqiramiz ifadələr yazıb. Daha sonra isə Oliver və xanımını təhdid etməyə başlayıblar. Artıq polis araşdırmalara başlayıb.

Qeyd edək ki, "Real" səfərdəki ilək oyunda 3:0 hesablı qələbə qazanıb. Cavab matçında "Yuventus" 3 qol vurub. Lakin 90+8-ci dəqiqədə hakim İtaliya klububun qapısına penalti təyin edib. Bu qərara etiraz edən "Yuventus"un qapıçısı Canluici Buffonmeydandan qovulub. Penaltini dəqiq yerinə yetirən Kriştiano Ronaldo "Real"ı yarımfinala çıxarıb.
 
///Qaynarinfo
OXŞAR XƏBƏRLƏR