“Real”da Alonso dövrü oyunçular arasında narazılıqlara səbəb olub

“Real”da Alonso dövrü oyunçular arasında narazılıqlara səbəb olub
İDMAN
20:11 29.10.2025
97
Xabi Alonso iyunda "Real Madrid”in baş məşqçisi təyin olunduqdan sonra komandada Karlo Ançelottidən qalan bir çox "pis vərdişləri” dəyişməyə çalışıb.

AZXEBER.COM xəbər verir ki, The Athletic yazarı Mario Kortegananın məlumatına görə, ispan mütəxəssis futbolçulardan top rəqibdə olarkən daha çox qaçmağı və müdafiəyə fəal qoşulmağı tələb edib. Bu da bəzi oyunçuların narazılığına səbəb olub, çünki onlar əvvəlki illərdə bu qədər intizamlı oyuna öyrəşməyiblər.

"Onların bəziləri bu qaydalar olmadan da çox uğur qazanıb. İndi isə bu tələblər tətbiq olunanda narazılıq yaranır”, – deyə mənbələrdən biri bildirib.

Futbolçuların bir hissəsi Alonsonun məşqlərdə çox sərt və məsafəli olduğunu düşünür. Bəziləri isə onu Pep Qvardiola ilə müqayisə edərək ironik şəkildə "O, özünü Qvardiola hesab edir, amma hələlik sadəcə Xabidir” deyib.
OXŞAR XƏBƏRLƏR