“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi
İDMAN
02:33 19.10.2026
161
İspaniya çempionatının IX turunda "Real Madrid” doğma meydanda "Sevilya”nı 4:1 hesabı ilə məğlub edib.

"Santyaqo Bernabeu” stadionunda keçirilən qarşılaşmada Madrid təmsilçisinin qollarını Arda Gülər (30), Kilian Mbappe (37, 63) və Yan Diomande (82) vurublar.

Fransalı hücumçu Mbappe ikinci qolunu penaltidən "Panenka” zərbəsi ilə rəqib qapısından keçirib. Qonaqların yeganə qoluna isə 80-ci dəqiqədə Manu Bueno imza atıb.

"Real Madrid” bu görüşə diskvalifikasiya səbəbindən Vinisius Juniorun iştirakı olmadan çıxıb. Braziliyalı futbolçu əvvəlki turda "Vilyarreal”ın yarımmüdafiəçisi Natan Salibanın saçından dartdığına görə cəzalandırılmışdı.

Qələbə sayəsində xallarını 21-ə çatdıran "Real Madrid” turnir cədvəlində üçüncü pilləyə yüksəlib. "Sevilya” isə 14 xalla altıncı sırada qərarlaşıb.

Madrid klubu növbəti turda, oktyabrın 25-də səfərdə lider "Barselona” ilə qarşılaşacaq. "Sevilya” isə oktyabrın 26-da "Osasuna”nı qəbul edəcək.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR