'Real'dan Mourinyo ilə bağlı mühüm qərar

İDMAN
12:20 08.03.2013
1376

Madridin “Real” klubu baş məşqçisi Joze Mourinyo ilə əməkdaşlığı davam etdirmək qərarı verib.

Bu məlumatı klubun rəhbərliyi yayıb.

Bildirilir ki, “Real” “Mançester Yunayted”i məğlub edib Çempionlar Liqasının 1/4 final mərhələsinə çıxdıqdan sonra klubun prezidenti Florentino Perez və onun ətrafının Mourinyo ilə bağlı mövqeyi dəyişib. Bundan başqa, portuqaliyalı mütəxəssisin özünün də artıq “Real”da qalmaq istədiyi qeyd edilir.

Xatırladaq ki, bir müddət əvvəl Perezlə Mourinyonun 2016-cı ilə qədər olan müqavilənin ləğv olunması üçün razılığa gəldiyi bildirilirdi. Perez tez-tez məşqçi həmkarları və media ilə münaqişəyə girdiyi, komandanın liderləri ilə münasibətləri pozduğu üçün Mourinyo ilə bu mövsümün sonları yolları ayırmağı qərara almışdı. //qol.az

OXŞAR XƏBƏRLƏR