'Real'dan Ronaldoya fantastik təklif

İDMAN
22:44 03.01.2013
2619

"Real" (Madrid) klubunun rəhbərliyi Kriştiano Ronaldonu komandada saxlamaqda israrlıdır.

Bu məqsədlə rəhbərlik portuqaliyalı futbolçuya əvvəlcə ilinə 15 milyon avro təklif edib.

Hazırda "Real"da ilinə 12 milyon avro qazanan Ronaldo bu rəqəmlə razılaşmayıb. Belədə Madrid təmsilçisi məbləği bir qədər də artıraraq 18 milyon avroya çatdırıb. 27 yaşlı futbolçunun bu təklifi qəbul edəcəyi gözlənilir. Lakin rəhbərlik Ronaldonun komandada qalacağı təqdirdə klubun digər futbolçusu Kakanın illik gəlirində (10 milyon avro) endirimə gedəcəyini açıqlayıb.

Qeyd edək ki, daha öncə "Real"da xoşbəxt olmadığını dilə gətirən Ronaldonun yenidən İngiltərə Premyer Liqasına qayıdacağı iddia olunur.//qol.az

OXŞAR XƏBƏRLƏR