"Real"ın 76 illik seriyasını qırdı

İDMAN
18:11 26.04.2023
301
İspaniya La Liqasının 31-ci turunda "Real Madrid" səfərdə "Jirona" ilə qarşılaşıb.

"Kral klubu" 2:4 hesabı ilə məğlub olub.

Meydan sahiblərinin heyətində argentinalı hücumçu Valentin Kastelyanos 4 dəfə fərqlənib. Madrid "Real"ı İspaniya çempionatında 76 ildən sonra ilk dəfə bir futbolçudan 4 qol buraxıb.

Sonuncu dəfə 1947-ci ildə Esteban Eçevarriya madridliləri dörd dəfə məyus edərək, penta-trikə imza atıb. Həmçinin "Real"ın baş məşqçisi Karlo Ançelottinin 28 illik karyerasında ilk dəfə rəqibin bir oyunçusu onun komandasına 4 top vurub.
OXŞAR XƏBƏRLƏR